Xəbər lenti

Mandelanın həbsxana qapısı rekord qiymətə satıldı (FOTO)
Dünya13:01 03.05.2019

Mandelanın həbsxana qapısı rekord qiymətə satıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Afrikaya 1994-1999-cu illərdə rəhbərlik etmiş Nelson Mandelanın çəkdiyi rəsm auksionda rekord qiymətə satılıb.
Qaynarinfo İzvestiya-ya istinadən xəbər verir ki, satış Nyu Yorkda Bonhams auksion evində baş tutub və şəkil 112 min dollara alınıb. Mandela rəsmdə 18 ilini keçirdiyi Robben adasında yerləşən həbsxana kamerasının qapısını təsvir edib. 
Qeyd edək ki, Nelson Mandela Cənubi Afrikada böyük inqilabi prosesə rəhbərlik edib. O, ölkənin ilk qaradərili rəhbəri, həmçinin demokratik yolla seçilən ilk prezidentidir.
Gülşən