Bərdə şəhəri, Heydər Əliyev prospektində tapança ilə saxlanılan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Bərdə sakini Ə.V.-nin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Ə.V. şəhərin Heydər Əliyev prospektində piyada hərəkət edərkən üzərində "Makarov” tipli tapança, içərisində 8 ədəd patron olan 1 ədəd daraq gəzdirib. O, məhkəmədə ifadəsində silahı Bərdə şəhəri, Qarabağ rayonu ərazisində çinar ağacının altındakı su arxının kənarında tapdığını, həqiqi hərbi xidmətdə olmadığı üçün silaha marağı olduğunu və tapdığı silahı və komponentlərini evinə apardığını bildirib. Ə.V. darağı silaha taxmadığını və heç kimə zərər yetirmək niyyəti olmadığını da əlavə edib.
Təqsirləndirilən şəxs həmçinin ailəsindən kənar heç kimlə ünsiyyət saxlamadığını və xaraktercə qapalı insan olduğunu bildirib. Silah və patronları yalnız şəxsi marağı səbəbindən saxladığı müəyyən edilib.
Məhkəmənin hökmü ilə Ə.V. 2 il müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər