Mariam Kvrivişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.
Baş nazir bildirib ki, Mariam Kvrivişvili artıq ictimaiyyətə yaxşı tanınır və onun əlavə təqdimata ehtiyacı yoxdur: "Kvrivişvili uzun illərdir iqtisadiyyat və aviasiya sahəsində fəaliyyət göstərir, nazir müavini kimi özünü təsdiqləyib. Əminəm ki, o, bu vəzifədə də uğur qazanacaq".
Qeyd edək ki, Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür, 2019–2020-ci illərdə Milli Turizm Administrasiyasına rəhbərlik edib, 2021-ci ildən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Şərhlər