Xəbər lenti

Marketlərdə qiymətləri kim tənzimləyir? (AÇIQLAMA)
Ekonomiks 13:30 17.01.2025

Marketlərdə qiymətləri kim tənzimləyir? (AÇIQLAMA)

Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydları"nı təsdiq edib. Yeni sənəd ilə strateji, fövqəladə və səfərbərlik ehtiyatrları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edilib. 

Qərara əsasən bazarda 12 adda - çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. 

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qaydalar daha çox dövlət ehtiyacları üçündür:



"Bu həm də ordu, digər dövlət tərəfindən təmin olunan sahələrdə ehtiyyatların yaradılması məqsədi daşıyır. Eyni zamanda, strateji taxıl ehtiyyatlarının yaradılması üçündür. Düşünmürəm ki, bu qaydalar bazarlardakı qiymətlərə hansısa bir formada təsir göstərsin. Çünki bunun təsir imkanları yoxdur".

Natiq Cəfərli bazarlarda, marketlərdə ərzaq məhsullarının qiymətinin dövlət tərəfindən tənzimlənmədiyini vurğulayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->