Xəbər lenti

Mask fikrini dəyişdi: Trampın kampaniyasına ayda 45 milyon ayıracaq - WSJ
Dünya 12:40 16.07.2024

Mask fikrini dəyişdi: Trampın kampaniyasına ayda 45 milyon ayıracaq - WSJ

Amerikalı iş adamı İlon Mask Donald Trampın seçki kampaniyasını dəstəkləyən Amerika PAC siyasi fəaliyyət komitəsinə ayda 45 milyon dollar göndərməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” mənbələrə istinadən yazır.

"The New York Times” qəzetinin yazdığına görə, o, bu planları haqqında öz ətrafına danışsa da, fonda hələ vəsait göndərməyib.

WSJ-ə görə, America PAC 8 milyon dollardan çox vəsait toplayıb (hansı dövr üçün göstərilmir). NYT yazır ki, fond son bir neçə həftə ərzində Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün təxminən 15 milyon dollar xərcləyib. Təşkilat rəsmi olaraq onun seçki qərargahı ilə əlaqəli deyil.

Xatırladaq ki, ötən həftə "Bloomberg” İlon Maskın artıq Amerika PAC-a əhəmiyyətli məbləğdə ianə etdiyini yazıb. İlon Mask açıq şəkildə bildirib ki, o, Donald Tramp və ya Co Baydenin kampaniyasını maliyyələşdirməyi planlaşdırmır. İyulun 14-də Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra İlon Mask onu dəstəklədiyini bildirib və onu Teodor Ruzveltdən sonra ən cəsarətli namizəd adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->