Xəbər lenti

Mask Ukraynanı Krım yaxınlığındakı "Starlink"lə birləşdirməkdən imtina edib - NYT
Dünya11:08 30.07.2023

Mask Ukraynanı Krım yaxınlığındakı "Starlink"lə birləşdirməkdən imtina edib - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"SpaceX"in sahibi İlon Mask Ukrayna ordusuna Krım yaxınlığındakı "Starlink" peyk şəbəkəsinə qoşulmağa icazə verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, sahibkar müharibə zamanı bir neçə dəfə özünün peyk internet layihəsinə çıxışı məhdudlaşdırıb.
NYT Ukrayna münaqişəsini misal gətirərək, Maskın peyk internet texnologiyaları sahəsində necə "dominant qüvvəyə” çevrildiyinə dair məqalə dərc edib. İddialara görə, "Starlink" məsələsi mart ayında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında müzakirə edilib. Zalujnı iddia edib ki, Kiyev döyüş meydanında "Starlink"dən istifadə etməkdən asılıdır və Ukrayna internetə çıxışın təmin edilməsi və bu xidmətin xərclərinin ödənilməsini müzakirə etmək istəyir. 
NYT-nin məlumatına görə, "Starlink" Rusiyanın nəzarətində olan ərazilərdə işləmir və Ukrayna hərbçiləri 2022-ci ilin payızında əraziləri Rusiyadan geri almağa cəhd edərkən rabitəsiz qalıb. "Starlink" tez-tez münaqişə zonasında internetə daxil olmağın yeganə yoludur. Şəbəkə "Ukraynada pilotsuz təyyarələrin zərbələrini koordinasiya etmək və kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə olunur. Qəzetin mənbələri iddia edir ki, Mask münaqişə zamanı bir neçə dəfə layihəyə girişi məhdudlaşdırıb.
Xüsusilə, sahibkar 2022-ci ildə Ukrayna hərbçilərinin Krım yaxınlığındakı şəbəkəyə qoşulmaq istəyini rədd edib. NYT-nin məlumatına görə, Kiyev partlayıcı maddələrlə dolu dəniz pilotsuz təyyarələri ilə Qara dənizdə Rusiya gəmilərinə hücum etmək üçün kommunikasiyalardan istifadə etmək istəyib. Qəzetin yazdığına görə, Amerika rəsmiləri Maska zəng edərək rus hərbçiləri arasında "əhəmiyyətli itkilər" ehtimalına baxmayaraq, ukraynalıları internetdən təkcə müdafiə deyil, həm də hücum əməliyyatlarında istifadə edə bilməyə çağırıblar. Rəsmilər bunu onunla əsaslandırdılar ki, əks halda daha çox ukraynalı əziyyət çəkə bilər.
Aydın