Xəbər lenti

Maskın daha bir gizli uşağı haqda xəbər yayıldı - Cəmi 11 uşaq var
Dünya07:24 11.09.2023

Maskın daha bir gizli uşağı haqda xəbər yayıldı - Cəmi 11 uşaq var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı milyarder İlon Maskın gizli, on birinci övladı var. Anası kanadalı müğənni Qraymsdır.
Qaynarinfo xəbər verir ki, kütləvi informasiya vasitələri Maskın hələ dərc edilməmiş tərcümeyi-halına istinad edərək, oğlanın adının Texno Mexanius, ləqəbininsə Tau olduğunu qeyd edir. Uşağın yaşı açıqlanmayıb.
İddia olunur ki, bu, İlon Mask və kanadalı müğənni Qremsin üçüncü övladıdır - cütlüyün daha bir oğlu və bir qızı var.
Ümumilikdə, İlon Maskın üç fərqli qadından 11 bioloji övladı olduğu güman edilir: yazıçı Castin Uilsondan - əkizlər Qriffin və Xavier və üçəmlər Damian, Sakson və Kay, Qrayms ilə evlilikdən - oğlu Eks Eş Ey-Tvelv və qızı Ekza Dark Sayderil. Bundan əlavə, 2022-ci ilin iyul ayında Tesla-nın top-menecerlərindən biri Şivon Zilisdən də qeyri-qanuni əkizlərinin olması haqqında məlumat yayılıb.
İlon Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıb, 2021-ci ildə cütlük ayrıldıqlarını elan edib.
Alpər