ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi İlon Maskın Sevastopolda Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirmək üçün Ukrayna hərbçilərinə "Starlink" peyk rabitəsini təmin etməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, senatorları milli təhlükəsizliklə bağlı məsələlər maraqlandırır, xüsusən də rabitənin təmin edilməsi barədə qərarın niyə hökumət rəsmisi deyil, özəl biznesmen tərəfindən
qəbul edilməsi.
"Komitə bu məsələni hər tərəfdən ciddi şəkildə araşdırır", - komitənin sədri Cek Rid bildirib.
Maskın "Starlink"in də daxil olduğu "SpaceX" şirkəti, Müdafiə Nazirliyi üçün kəşfiyyat peyklərinin buraxılması da daxil olmaqla, hökumətin böyük podratçılarından biridir. 2022-ci ildə, qalmaqallı hadisə baş verəndə Mask Ukraynaya Starlink rabitəsini təmin edib, indi onun Pentaqonla müqaviləsi var.
Son günlər bir neçə senator, o cümlədən komitə üzvü Elizabet Uorren Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına dəstək qərarının niyə rəsmilər tərəfindən verilmədiyini publik şəkildə sorğu-sual edib. "Birləşmiş Ştatların milli təhlükəsizliyinə gəldikdə, nə İlon Musk, nə də hər hansı digər vətəndaş son sözü deməlidir", - Rid bildirib.
Qeyd edək ki, Mask artıq bir neçə dəfə qərarının səbəblərini açıqlayıb. O, bu həftə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına görə "Starlink"in ümumiyyətlə Krımda işləmədiyini və prezident Co Baydenin göstərişi olsaydı, rabitəni təmin edib Ukrayna ordusuna kömək edəcəyini söyləyib. Maskın sözlərinə görə, heç kim ona belə göstəriş verməyib.
Senatorların köməkçilərindən biri "Bloomberg"ə bildirib ki, onlar müdafiə naziri Lloyd Ostinə sorğu göndərərək Starlink-in Ukraynadakı fəaliyyəti barədə məlumat almaq niyyətindədirlər. Köməkçi bildirib ki, araşdırma hələlik qeyri-rəsmi olaraq aparılır.
Maskın tərcümeyi-halından göründüyü kimi o, Rusiyanın Krıma hücumuna cavab olaraq nüvə silahından istifadə edə biləcəyindən ehtiyat edib. Xüsusilə, onu buna ABŞ-dakı səfir Anatoli Antonov inandırıb. Bu arada, o vaxtdan bəri Ukrayna Krıma bir neçə böyük zərbələr endirib, o cümlədən Qara dəniz donanmasının gəmilərini zədələyən və ya məhv edən hücumlar olub, lakin Rusiyadan xüsusi cavab gəlməyib.
Nizami Bağırov
Şərhlər