Xəbər lenti

Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu
Dünya17:22 16.05.2016

Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı sakinindən narkotik vasitə götürülüb.
Qaynarinfo.az Kəpəz Tv-yə istinadən xəbər verir ki, Bakı sakininin üzərində marixuana aşkar edilib. Ancaq bununla kifayətlənməyən Ağabala Zəkiyev narkotik vasitəni avtomobilində də saxlayırmış. Özü də nə az, nə çox 4 kq.
Zəkiyevin idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin saxlanc yerindən sellofan torbaya bükülmüş 4 kiloqram qurudulmuş marixuana, maşının salon hissəsindən 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək və narkotik maddələrin çəkisini öyrənmək üçün istifadə olunan elektron tərəzi də aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qaynarinfo.az