Havayda federal tabeliyində olan bütün strukturlar, o cümlədən hərbçilər yanğınla mübarizəyə qoşulub
Havay adalarının Maui adasındakı yanğınların vurduğu ziyan 6 milyard dollara çatıb.
Qaynarinfo xəbər verir ki, adalardakı yanğın fəlakəti rəsmi olaraq ABŞ-ın müasir tarixində ən ölümcül hadisə kimi tanınıb. Artıq ölənlərin sayı 96 nəfərə çatıb. Hələ də itkin düşənlər var və bu sayın artacağı təxmin edilir.
Güclü külək nəticəsində yayılan yanğın nəticəsində Maui adasındakı tarixi Lahai şəhəri tamamilə yanıb. 2200-dən çox bina dağıdılıb və ya zədələnib ki, onların da 80%-i yaşayış binalarıdır. Havay adalarının qubernatoru Coş Qrin ABŞ mediasına bildirib ki, bərpa prosesi inanılmaz vaxt aparacaq.
Mauidəki fəlakət quru və isti hava səbəbindən yaranıb. Yanğın "Dora" qasırğasının gətirdiyi güclü külək nəticəsində genişlənib.
Yanğın mərkəzi məşhur turizm və tarixi şəhəri Lahaidə başlayıb. Hakimiyyət orqanları yüzlərlə yerli sakini təxliyə edib. Fəlakət bir neçə yaşayış məntəqəsini tamamilə məhv edib. Yollar bağlanıb, ictimai nəqliyyatı fəaliyyətini dayandırıb.
Yanğının ümumi sahəsinin 800 hektardan çox olduğu təxmin edilir. Havayda federal tabeçilikdə olan bütün strukturlar, o cümlədən hərbçilər yanğınla mübarizəyə qoşulub.
Xatırladaq ki, 1871-ci ildə Viskonsin ştatında baş vermiş meşə yanğınları 1,1 mindən çox insanın öldüyü ABŞ-da qurbanların sayına görə ən böyük yanğın hesab olunur.
Aydın