Xəbər lenti

"Maya Sandunu mürəkkəb bir mərhələ gözləyir" (ŞƏRH/VİDEO)
Dünya13:46 24.12.2020

"Maya Sandunu mürəkkəb bir mərhələ gözləyir" (ŞƏRH/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın aylarda Moldovada erkən parlament seçkiləri keçiriləcək".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Ekspert bildirib ki, Moldova problemlər içində itib-batan yoxsul bir ölkədir:
"Amma postsovet dövründə hakimiyyətin seçki yolu ilə dəyişməsi ənənəsi və bu cür siyasi mədəniyyət nümunəsi yarada bilmələri çox önəmli tərəqqidir. Maya Sandunu mürəkkəb bir mərhələ gözləyir. Əslində Moldova parlamentli respublikadır və prezidentin səlahiyyətləri məhduddur. Amma son illər qanunverici və icra hakimiyyəti permanent xaos içərisində olduğundan, prezident institutunun önəmi xeyli artıb".
Şahin Cəfərli qeyd edib ki, indi Maya Sandunun əsas vəzifəsi formalaşacaq və yeni parlamentdə çoxluq yaradaraq onun proqramını həyata keçirəcək hökumət qurmağa nail olmaqdır:
"Artıq mövcud sosialist hökumət yeni prezidentin çağırışı ilə istefaya gedəcəyini açıqlayıb".
Bahar Rüstəmli