
Ukraynanın həbsdən azad edilən sabiq baş naziri Yuliya Timoşenko Kiyevə çatan kimi dərhal Maydana gedib.
Musavat.com-un məlumatına görə, o, əlil arabası ilə maşından düşürülüb. Maydandakılar sabiq baş naziri dövrəyə alıblar.
Yuliya Timoşenkonun maşından enən kimi ilk sözü "Ukraynaya eşq olsun" olub. Maydan sabiq baş naziri böyük coşğu və şüarlarla qarşılayıb.
Yuliya Timoşenko Maydanda çıxış edib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, tribunaya o, əl arabasında qalxıb. Çıxış zamanı o, göz yaşlarını saxlaya bilməyib, əlləri titrəyib.
Keçmiş baş nazir Mydana gəlməmişdən qabaq paytaxtın Qruşevski küçəsində həlak olanların xatirəsini yad edib.
Qaynar.info