İdman 16:05 11.06.2022

Maykl Essyen "Sabah"ın düşərgəsində

Əfsanəvi qanalı futbolçu Maykl Essyen "Sabah"ın qonağı olub.
 
Qaynarinfo xəbər verir ki, ulduz futbolçu klubun U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib. Görüş zamanı Essyen akademiya üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.

Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan 2 futbolçuya Essyenin imzalı forması hədiyyə edilib.
 
Səbuhi Həsənov