Xəbər lenti

MEDİA və DMX-nin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim keçildi
Foto 10:27 29.12.2024

MEDİA və DMX-nin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim keçildi

Dövlət Miqrasiya Xidmətinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvan regional miqrasiya baş idarəsində "Miqrasiya maarifləndirilməsində medianın rolu” mövzusunda təlim keçilib.

Media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunan tədbirdə DMX və MEDİA rəsmiləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda, medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin aparılmasının miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğu vurğulanıb. Medianın miqrasiya anlayışının daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya prosesləri ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Təlim çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları "Azərbaycanda miqrasiya idarəçiliyi” və "Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər” mövzularında təqdimatlarla çıxış edərək ölkəmizdə həyata keçirilən miqrasiya idarəçiliyi, bu sahədə əldə edilmiş nailiyyətlər, media məlumatlılığı, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər barədə tədbir iştirakçılarına məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->