Xəbər lenti

Mədinədə təyyarə qəzası - YENİLƏNİB, FOTO, VİDEO
Dünya10:42 05.01.2014

Mədinədə təyyarə qəzası - YENİLƏNİB, FOTO, VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanının Mədinə şəhərində sərnişin təyyarəsinin təcili eniş etməsi nətiicəsində azı 29 nəfər xəsarət alıb. Musavat.com-un verdiyi məlumata görə, İrandan uçan təyyarənin cöyərtəsində 315 nəfər olub. YouTube portalında yerləşdirilən videodan görünür ki, təyyarə Mədinəyə eniş zamanı füzelajı zolağa çırpılır. Bu, onu ehtimal etməyə əsas verir ki, təyyarənin şassisində problem olub.

***

Səudiyyə Ərəbistanının Mədinə şəhərində "Saudi Arabian Airlines" aviaşirkətinin Boeing təyyarəsi təcili eniş edib. 

Milli.Az Daily Star-a istinadən bildirir ki, göyərtəsində 315 sərnişinin olduğu təyyarənin arxa şassiləri sıradan çıxıb və o,"qarına oturub".

Belə qəza enişi nəticəsində 29 nəfər xəsarət alıb. Həmin şəxslərin 11 nəfəri hospitala aparılıb.

İrandan uçan təyyarənin sərnişinləri arasında xarici ölkə vətəndaşlarının olub-olmadığı barədə məlumat verilmir.

Təyyarənin füzelyajı eniş zolağına çırpılsa da, korpus dağılmayıb.

Qaynar.info