Xəbər lenti

Medinski: “Rusiya Ukrayna ilə danışıqlara hazırdır”
Dünya19:57 22.05.2022

Medinski: “Rusiya Ukrayna ilə danışıqlara hazırdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.
APA-nın xəbərinə görə, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.
"Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.