Xəbər lenti

Medvedçukun həbsdə olan əfsanəvi yaxtasının təxmini dəyəri açıqlandı
Dünya10:43 21.03.2024

Medvedçukun həbsdə olan əfsanəvi yaxtasının təxmini dəyəri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sanksiyaya məruz qalan ukraynalı siyasətçi Viktor Medvedçukdan müsadirə edilən "Royal Romance” yaxtasının sığorta qiyməti 2020-ci ilə kimi 137 milyon avro təşkil edib.
Qaynarinfo xəbər verir ki, bunu Avropaya İnteqrasiya üzrə Müsadirə olunmuş Aktivlərin Axtarış və İdarəetmə Agentliyinin (ARMA) sədr müavini Qriqol Katamadze bildirib. O deyib ki, yaxtanın bazar dəyəri onun satışı üzrə hərracın təşkilatçısı tərəfindən müəyyən ediləcək. 
"2015-ci ildə yaxta təxminən 200 milyon avroya alınıb. İllər keçdikcə gəmi istifadə edildi, köhnəlmə var, buna görə də satarkən eyni məbləğə arxalana bilməyəcəksiniz. Lakin 2022-ci ildə həbs zamanı götürülən və hazırda Xorvatiya polisində saxlanılan sənədlərə əsasən, 2020-ci ildə yaxta 137 milyon avroya sığortalanıb”, - Katamadze bildirib.
Hərrac ingilis modeli üzrə keçiriləcək və alıcı olmadığı təqdirdə yenidən elan olunacaq.
Əvvəllər xəbər verildiyi kimi, Split Rayon Məhkəməsi (Xorvatiya) "Royal Romance” gəmisinin İzləmə və Aktivlərin İdarə Edilməsi üzrə Milli Agentliyin rəhbərliyi altında Ukraynaya verilməsi barədə qərar qəbul edib.
25 yanvar 2024-cü ildə Viktor Medvedçuka qarşı sanksiyalara görə 2022-ci ildə həbs edilən "Royal Romance” super yaxtasının Xorvatiyanın Trogir limanından yola düşdüyü bildirilib. Onun yeni sahibinin olduğu güman edilir.
ARMA-dan izah edilib ki, yaxtanın hərəkəti onun dəniz sınaqları ilə əlaqədardır, bundan sonra o, yanalma yerinə qayıdır.
Yaxta 2023-cü ilin yazından orada həbsdədir.
2015-ci ildə Fregata Marine Ltd (Marşal adaları) Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun sahib olduğu 92 metr uzunluğundakı bu yaxtanı alıb. Ancaq 2021-ci ildə gəmi sahibliyini dəyişib. Sahibləri məlum olmayan Lanelia Holdings Ltd (Marşal Adaları) olub.
2022-ci ilin yazında Lvov məhkəməsi "Royal Romance”ı həbs edib.
2023-cü ilin noyabrında ARMA dəyəri 200 milyon dollar olaraq qiymətləndirilən yaxtanı satmaq niyyətində olduğunu açıqlayıb.
Uzunluğu 92 metr olan "Royal Romance” yaxtası 200 milyon avro dəyərində qiymətləndirilir. Gəmi altı mərtəbəlidir və iki liftlə təchiz olunub. Digər şeylərlə yanaşı, yaxtanın dörd göyərtəsi, kinoteatrı, idman zalı, hovuzu, spa zonası və gözəllik salonu, eləcə də müxtəlif təyinatlı 50-yə yaxın otağı var.
Alpər