Xəbər lenti

Medvedev Ukraynaya silah vəd edən Cənubi Koreyaya xox gəlməyə başladı
Dünya10:00 19.04.2023

Medvedev Ukraynaya silah vəd edən Cənubi Koreyaya xox gəlməyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Cənubi Koreyanın Ukraynaya silah verməyə başlayacağı təqdirdə təcavüzkar ölkənin KXDR-i Rusiya silahı ilə təmin edəcəyi ilə hədələməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Medvedev "Telegram"da yazıb.
Medvedevi o qəzəbləndirib ki, guya Cənubi Koreya Ukraynaya silah verməyəcəyinə əmin edibmiş, indi isə fikrini dəyişib: 
"Görəsən, bu ölkənin sakinləri ən yaxın qonşularında - KXDR-dən olan tərəfdaşlarımızda Rusiya silahlarının ən son nümunələrini görəndə nə deyəcəklər? - Medvedev qorxu gəlməyə başlayıb.
Bundan əvvəl Cənubi Koreya prezidenti Yoon Suk Yol bildirib ki, Ukrayna dinc əhaliyə qarşı irimiqyaslı hücuma məruz qalarsa, ölkəsi Ukraynaya dəstəyini genişləndirə və humanitar və iqtisadi yardımdan kənara çıxa, yəni silah-sursat verə bilər.
Yoon Suk Yeol bu barədə gələn həftə ABŞ-a rəsmi səfəri öncəsi açıqlama verib. Seul ilk dəfə Ukraynanı silahla təmin etməyə hazır olduğunu bildirib, hərçənd bir ildən artıqdır ki, ölümcül yardımın mümkünlüyünü istisna edirdi.
Alpər