Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş peşəkar karyerasında növbəti uğurunu qazanıb.
Qaynarinfo xəbər verir ki, Niko beşinci görüşünü nakautla bitirib. Las-Veqasdakı "MGM Grand Garden Arena"da Alexandro İbarra ilə döyüşən Əli Uolş ilk raundun əvvəlində rəqibini nokauta salıb. 21 yaşlı boksçu qələbəni 2016-cı ildə dünyasını dəyişən babasına hədiyyə edib.
Niko peşəkar boksda ilk addımlarını meksikalı məşqçi Abel Sançezin rəhbərliyi altında atıb. O, ötən ilin avqustunda peşəkar debütündə rəqibi Cordan Uiksi dörd raundda nokaut edərək qələbə qazanıb.
Səbuhi Həsənov