Xəbər lenti

Məhkəmə qərar verdi: Tramp İslamı ləkələməyə çalışır
Dünya07:51 16.02.2018

Məhkəmə qərar verdi: Tramp İslamı ləkələməyə çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın 8 ölkə vətəndaşlarına tətbiq edilən səyahət qadağası barədə Apelyasiya Məhkəməsi qərar çıxarıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, məhkəmə bu qərarı "konstitusiyaya zidd" və "İslamı ləkələmək məqsədi daşıyan" adlandırıb. Baş hakim Rocer Qreqori Trampın rəsmi və sosial media paylaşımlarında müsəlmanları hədəf alan fikirlərinə diqqət çəkib.
Qeyd edək ki, qadağaya əsasən, 6-sı müsəlman olan 8 ölkə vətəndaşlarına ABŞ-a səyahət məhdudiyyəti tətbiq edilirdi.
Gülşən