Xəbər lenti

Məhkumlar Moskva həbsxanasında qiyam qaldırdı
Dünya11:25 16.03.2021

Məhkumlar Moskva həbsxanasında qiyam qaldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın "Vodnik" təcridxanasında martın 15-də - bazar ertəsi axşam qiyam qalxıb. 
Qaynarinfo REN TV-yə istinadla xəbər verir ki, məlumatına görə, ondan çox məhbus qiyamda iştirak edib.
Birinci təhlükəsizlik binasında qalxan qiyamın təşəbbüskarları səkkiz videeomüşahidə kamerasına, dörd məlumat stendinə, qida paylayan səkkiz bacaya və həbsxana işçilərinə zəng etmək üçün düymələrə ziyan vurub.
Məhkumlar növbətçi praporşiki təhdid edərək ona hücum ediblər.
FSIN rəsmi olaraq bu olaya münasibət bildirməyib. Qiyam iştirakçıları və istintaq təcridxanası əməkdaşlarının artıq dindirildiyi məlumdur.
Alpər