Xəbər lenti

Mehriban Xanlarova: “Rəşad Dağlını ailəsinə bağışlayıram”
Maqazin11:27 23.06.2016

Mehriban Xanlarova: “Rəşad Dağlını ailəsinə bağışlayıram”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şou-biznes aləminin ən qalmaqallı nümayəndələrindən hesab olunan Mehriban Xanlarova  bu dəfə də sərt açıqlamaları ilə gündəmə gəlib. O bir neçə il öncə Maşın şou verilişində Rəşad Dağlı ilə aralarında qalmaqal yaşadıqdan sonra barışsa da, daha sonra hər iki məşhurun arasında yenidən soyuq küləklər əsib. 

Belə  ki, Xanlarova Rəşad Dağlını yenidən məhkəməyə vermək qərarına gəlsə də daha sonra bu fikrindən daşınıb. 

Aktrisa bu haqda Qaynarinfo.az saytına danışdı:

“Rəşad Dağlı ilə aramızda söz-söhbət oldu. Lakin daha sonra barışdıq. Ancaq Rəşad gedib yenə bir neçə kişi məclisində dalımca danışıb. Kişi məclisində  bir qadın haqda danışıb. Düşündüm onu məhkləməyə verim, daha sonra dedim ailəsi var. Mən onu ailəsinə bağışladım”.

Qaynarinfo.az