Xəbər lenti

"Mehrinin DQMV müqabilində Azərbaycana verilməsini müzakirə edilib" - Paşinyan
Siyasət09:04 20.06.2023

"Mehrinin DQMV müqabilində Azərbaycana verilməsini müzakirə edilib" - Paşinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"1999-cu ildə Ermənistan Mehrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) müqabilində Azərbaycana verilməsini müzakirə edib".
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə komissiyanın iclasında deyib.
"ATƏT-in İstanbul Sammiti (1999-cu il - red.) zamanı daha bir sənəd dövriyyədə idi. Bu, ərazilərin mübadiləsi ilə bağlı sənəd idi", - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, sammitdə nə ərazi bütövlüyünə, nə də öz müqəddəratını təyinetmə hüququna istinad edilməyib, çünki diplomatik ictimaiyyət danışıqlar masasında nizamlama sənədinin olduğunu bilirdi.
Paşinyan müzakirə olunan sənədin bir neçə bəndini oxuyub. Xüsusilə qeyd olunur ki, 1988-ci il sərhədləri daxilində DQMV, Şuşa və Laçın rayonları Ermənistana, Meğri rayonu isə Azərbaycana verilir.
İkinci məqam Füzuli, Zəngəlan, Ağdam, Cəbrayıl, Kubatlı, Kəlbəcər və Şaumyanın Azərbaycana verilməsini nəzərdə tutur. Bundan əlavə, sovet dövründə mövcud olan anklavlar onları əhatə edən ölkələrə verilib.
Ermənistan 60 gün ərzində Mehridən qoşunlarını çıxarmalı idi. Bu ərazidə münaqişə zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları yaşamalı idi:
"Bu sənəd əslində Qarabağ münaqişəsinin həlli ilə bağlı fundamental erməni ideyalarının ölümünü təsbit edir. O, qəbul olunmayıb. Belə bir fikir var və mən də bunu bölüşürəm ki, onun imzalanmasına Karen Dəmirçiyan və Vazgen Sarkisyan həyatlarının bahasına mane olublar. (1999-cu ildə parlamentin güllələnməsi – red.)”, deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, proses 1999-cu ilin avqust-noyabr aylarında baş verib.
O qeyd edib ki, bu sənəd 2001-ci ildə Laçının müqabilində Azərbaycana ekstraterritorial dəhliz verilməsini nəzərdə tutan Ki-Uest sənədinə gətirib çıxarıb. 
Eyni zamanda, Paşinyanın sözlərinə görə, bütün bunlar müxtəlif illərdə sızmalarla üzə çıxdığından, o, bu məlumatı yavaş-yavaş toplayıb.
Nizami Bağırov