Xəbər lenti

Meksika zəlzələsində ölənlərin sayı artır: 273 nəfər
Dünya07:21 22.09.2017

Meksika zəlzələsində ölənlərin sayı artır: 273 nəfər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikada sentyabrın 19-u baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 7.1 bal gücündə qeydə alınan zəlzələ nəticəsində bu günə qədər 273 nəfər ölüb, onlardan 137-si paytaxt Mexikoda dünyasını dəyişib. 73 nəfərin öldüyü Morelaos bölgəsi isə zəlzələdən ən çox zərər çəkən bölgələrdəndir. Axtarış-xilasetmə tədbirləri hələ də davam edir və ölü sayının artması gözlənilir.

Qeyd edək ki, 8 sentyabrda baş vermiş 8.1 bal gücündə zəlzələ nəticəsində isə 96 nəfər dünyasını dəyişmişdi. 

Gülşən

Qaynarinfo.Az