Meksikada növbəti jurnalist qətlə yetirilib.
Qaynarinfo xəbər verir ki, radio stansiyanın direktoru olan 34 yaşlı Xose Rafael Murua Manrikez Muleqe ərazisində öldürülərək yol kənarına atılıb.
Ölkədə jurnalistləri mühafizə proqramının fəallarından olan Manrikezə daha əvvəl hədələr edildiyi bildirilir.
Qeyd edək ki, Meksikada dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən hesab edilir.
Gülşən