Xəbər lenti

Meksikada qeyri-adi muzey: narkobaronların silahları, zinət əşyaları... (VİDEO)
Dünya10:30 03.02.2020

Meksikada qeyri-adi muzey: narkobaronların silahları, zinət əşyaları... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikada ordu və kəşfiyyat orqanlarının istifadəsi üçün nəzərdə tutulan qeyri-adi muzey yaradılıb.
Qaynarinfo euronews-a istinadən xəbər verir ki, muzeydə "El Çapo" ləqəbli məşhur narkobaron Xuakin Quzman və digər kartel rəhbərlərinin xüsusi əşyaları sərgilənir. Quzmanın adının baş hərflərinin almasla işləndiyi Kold 45 markalı tapança da bunlardan biridir. Ekspanat 2016-cı ildə Quzman tutulanda ələ keçirilmişdi. Muzeydəki digər qanunsuz əşyalar arasında başqa narkobaron Amado Karillonun El Çapoya hədiyyə etdiyi silah da yer alır.
Muzey ictimaiyyətə açıq deyil. Bura səlahiyyətliləri qaçaqmalçıların istifadə etdiyi narkotik və silah növləri barədə məlumatlandırmaq üçün qurulub. Muzeydə həmçinin narkobaronlara aid bahalı zinət əşyaları da sərgilənir və eksponatlar kartellərin həyat tərzindəki dəyişikliklərlə əlaqədar olaraq, daim yenilənir.
Camal