
62 yaşlı direktor 8-11 yaşlarında beş qıza seksual xarakterli hərəkətlər edib
Türkiyədə 62 yaşlı məktəb direktoru azyaşlı məktəb şagirdlərinə qarşı etdiyi cinsi təcavüzə görə polis tərəfindən saxlanılıb.
ANS PRESS-in məlumatına görə, İzmirin Menderes rayonundakı ibtidai məktəblərdən birində direktorluq edən 62 yaşlı A.Ş. məktəbdə təhsil alan 8-11 yaşlarında beş qıza seksual hərəkətlər etməsi səbəbilə polis tərəfindən saxlanılıb.
Hadisə bir neçə gün əvvəl axşam saatlarında meydana gəlib. Polisə daxil olan məlumata görə, 20 illik müəllim fəaliyyəti olan məktəb direktoru evli və iki uşaq atası olmasına baxmayaraq, ailəsindən ayrı yaşayır. O, məktəbində oxuyan 5 qız şagirdə evində porno videolar izlətdirib və onlara qarşı cinsi təcavüz edib.
Polis dərhal həmin şəxs barəsində əməliyyat tədbiri həyata keçirərək yaxalayıblar. Zərərçəkən qızlar da direktorun onlara şokolad verdiyini, evinə, ya da məktəbdəki otağına aparıb porno görüntülər izlətdirdiyini və əllə onlara toxunduğunu bildiriblər.
Polisin axtarışı nəticəsində, direktorun evində və məktəbdəki otağında olan kompüterdə porno görüntülər olan "CD"lər olduğu aşkar edilib.
Məsələ ilə bağlı istintaq başladılıb. Araşdırma aparılır.
Qaynar.info