Dağıstanda orta məktəblərdən birində güclü partlayış baş verib.
"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, şagirdlərdən biri sinfə əl qumbarası gətirib. Qumbara ilə ehtiyatsız davranılması nəticəsində sinif otağında partlayış baş verib.
Nəticədə 1 şagird dünyasını dəyişib, 11 nəfər isə yaralanıb. Onlardan 3-ü reanimasiyaya yerləşdirilib.
Qaynar.Az