
Avstraliya polisi məktəbdən kompyuter avadanlığını oğurlamış və məktəbə üç timsah buraxmış dörd kişini axtarır.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, oğrular bazar günü Avstraliyanın şimalında yerləşən Tamin kollecinə giriblər. Bundan əvvəl onlar məktəbin pəncərəsini qırıb, oraya üç timsah buraxıblar.
Güman edilir ki, timsahlar məktəbə yaxınlıqdakı fermadan gətiriliblər. Mətbuatın verdiyi məlumata görə, timsahlar "bir dəri, bür sümük" və halsız vəziyyətdə olublar. Buna görə də onları tutmaq asan olub.
Qızılgül
Qaynarinfo.Az