Xəbər lenti

Melaniya ərinin tərəfdarlarının iğtişaşlarını şiddətlə qınadı
Dünya14:52 11.01.2021

Melaniya ərinin tərəfdarlarının iğtişaşlarını şiddətlə qınadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın hazırkı prezidenti Donald Trampın həyat yoldaşı Melaniya 6 yanvarda Vaşinqtonda Kapitoliyə basqın edilməsinə münasibət bildirib. O, hücum iştirakçılarının hərəkətlərini qınadığını vurğulayaraq, "şiddət hər zaman qəbuledilməzdir" deyib.
Qaynarinfo xəbər verir ki, Melaniya Tramp ayrıca, şəxsən özünə yönəldilən bəzi "çirkin dedi-qodu, əsassız şəxsi hücumlar və təhrif olunmuş yalan ittihamlardan" məyus olduğunu qeyd edib. 
"İnsanlara yalvarıram ki, qəddarlığa son versinlər, heç vaxt insanın dərisinin rənginə əsaslanan nəticə çıxarmasınlar və siyasi ideologiyalardakı fərqlərdən təcavüz və qəzəb səbəbi olaraq istifadə etməsinlər", - o deyib.
Alpər