
Azərbaycan xarici işlər naziri Elmar Məhəmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüblər. Trend-in məlumatına görə, bu barədə FARS agnetliyi məlumat verir.
Görüşdə nazirlər Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və eləcə də regional və beynəlxalq əməkdaşlığın artırılması məsələsini müzakirə ediblər. Görüşdə E.Məmmədyarov iranlı həmkarını Azərbaycana rəsmi dəvət edib.
Görüşdə, həmçinin yaxın gələcəkdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın növbəti iclasının gündəliyi məsələləri müzakirə olunub.
Bundan başqa iki ölkə arasında enerji, yük daşımaları və digər sahələrdə əməkdaşlığın artırılması üçün ekspertlərin və işçi qrupların dövlətlərarası komissiyanın növbəti iclasınadək müzakirələrin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Qaynar.info