Xəbər lenti

Məmuru zibil qutusuna belə atdılar - VİDEO
Dünya16:57 15.10.2014

Məmuru zibil qutusuna belə atdılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada daha bir məmur etirazçıların hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Zaporojedə Vilayət şurasının sabiq başçısını zibil qutusuna atıblar.

"Sağ sektor"un fəalları Zaporojenin vilayət şurasının keçmiş rəhbəri Pavel Matviyenkonun kabinetinə zorla giriblər. Etirazçılar "Lyustrasiya!" qışqıraraq siyasətçini yumurta atəşinə tutublar.

Matviyenkonu küçəyə çıxararaq onu zibil qutusuna atıblar.

Qeyd edək ki, Ukrayna Ali Radası Lüstrasiya - "Hakimiyyətin təmizlənməsi haqqında" qanunu qəbul edib. Poroşenko isə bu qanunu təsdiqləyib.

Qaynar.info