Xəbər lenti

Meqan Markl rəsmi olaraq soyadını dəyişdirdi
Dünya 17:23 04.03.2025

Meqan Markl rəsmi olaraq soyadını dəyişdirdi

Sussex hersoginyası Meqan Markl soyadını dəyişdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, o, qızlıq soyadı - Markledən imtina edib və Sussex soyadını alıb.

Markl qərarını amerikalı teleaparıcı Mindi Kalinqlə "Sevgi ilə, Meqan" adlı yeni şousunun ikinci bölümündə söhbəti zamanı açıqlayıb.

Onların söhbəti əvvəlcə Kalinqin Meqanın gəncliyini və aktrisa olduğu vaxtları xatırlaması ilə başlayıb.

"İnsanlar Meqan Marklın "Jack in the Box"da yediyinə inanmazdılar" deyə Kalinq bildirib və Meqan tez onun səhvini düzəldib. 

Şahzadə Harrinin həyat yoldaşı cavab verib: "Davamlı olaraq Meqan Markl deməyiniz çox gülməlidir. Bilirsiniz ki, mən indi Sussexəm".

Meqan soyadını ona görə dəyişdirib ki, onun və uşaqlarının soyadına uyğun olsun.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->