Xəbər lenti

Meqan Markl uzun müddət sonra ilk dəfə bir əyləncə şousunda ekrana çıxacaq
Dünya 22:27 05.07.2024

Meqan Markl uzun müddət sonra ilk dəfə bir əyləncə şousunda ekrana çıxacaq

Şahzadə Harrinin xanımı, Sussex hersoginyası Meqan Markl "Netflix" axın xidməti üçün yemək şousunun çəkilişlərini başa çatdırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Beast" məlumat yayıb.

"Hər şey yaxşı keçdi və hər şey hazırdır", deyə Hollivuddakı mənbə bildirib.

İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi Mark Borkobski bildirib ki, qarşıdan gələn seriya Markl üçün yeni və maraqlı bir şeyin yenidən başlaması ola bilər.

42 yaşlı aktrisa və əri 2020-ci ildə "Netflix" ilə 2025-ci ilin sonunda başa çatacaq müqavilə imzalayıb. Məlumdur ki, şou təkcə yemək bişirməyə deyil, həm də Meqan Marklın "Tig" adlı qapalı bloqu kimi ev təsərrüfatı və bağçılıq sahəsinə həsr olunacaq.

Markl uzun müddət sonra ilk dəfə bir əyləncə şousunda ekranda görünəcək. 2022-ci ildə "Netflix" məşhur cütlüyün münasibətlərinin tarixini təfərrüatlandıran və onların Britaniya kral ailəsi ilə ixtilaflarının səbəblərini müəyyən edən "Harri və Meqan" sənədli filmini yayımlamışdı.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->