Xəbər lenti

Ömər Məmmədova əfv təklifləri olur
Siyasət09:31 24.07.2014

Ömər Məmmədova əfv təklifləri olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Əlayif Həsənov iyulun 22-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasında saxlanan bloqçu Ömər Məmmədovla görüşüb. 

O, “Media forum” saytına bildirib ki, məhbusun saxlanma vəziyyəti yaxşı deyil: “Səkkiz nəfərlik otaqda 13 məhbus yerləşdirilib. Ona əfv təklifləri olur. Ömər Məmmədov əfv ərizəsi yazmaqdan imtina edir”.

Bloqçu 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynar.info