İdman 21:41 13.12.2022

Mərakeş millisinin baş məşqçisi: "Fırıldaqçılara sözüm odur ki..."

Mərakeş millisinin baş məşqçisi Valid Rekraquy Qətərdəki dünya çempionatındakı uğurlu çıxışlardan sonra onu tənqid edənlərə münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə Mərakeşi yarımfinala qədər daşıyan mütəxəssis açıqlamasında "Qələbənin bir neçə atası var, məğlubiyyət isə yetimdir. Bu uğuru öz adlarına çıxmaq istəyənlər çoxdur. Amma buna məşqçi və ya başqası deyil, məhz komanda layiqdir. Futbol Liqasına, oyunçulara təşəkkür edirəm, başqa heç kimə yox. "Bunu biz etmişik" deyən fırıldaqçılara sözüm odur ki, mən heç nə etməsəm də, futbolçulara ancaq o arzu və həvəsi verdim”.

DÇ-nin qrup mərhələsini birinci yerlə başa vuran Mərakeş 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb.

Yarmfinala adlayan ilk Afrika təmsilçisi olan Mərakeş sabah Qətərin paytaxtı Dohadakı "Əl-Beyt" stadionunda Fransa ilə qarşılaşacaq.

Səbuhi Həsənov