Xəbər lenti

Merə rüşvətə görə 16,5 il həbs, 12 il vəzifə yasağı, 150 milyon cərimə cəzası verildi
Dünya07:28 18.01.2023

Merə rüşvətə görə 16,5 il həbs, 12 il vəzifə yasağı, 150 milyon cərimə cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Vladivostokun Lenin Rayon Məhkəməsi şəhərin keçmiş meri Oleq Qumenyuku ümumi məbləği 38 milyon rubldan çox rüşvət işi üzrə 16,5 il müddətinə azadlıqdan məhrum edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Müttəhimi təqsirli hesab edərək, nəhayət, 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun”, - hakim qərarı elan edib.
Məhkəmə həmçinin Qumenyuku hakimiyyət nümayəndəsi funksiyalarının həyata keçirilməsi, dövlət orqanlarında, yerli hakimiyyət orqanlarında təşkilati, inzibati və təsərrüfat funksiyalarının yerinə yetirilməsi, hökumət, dövlət və bələdiyyə qurumları, dövlət korporasiyalarında vəzifə tutmaq hüququndan 12 il müddətinə məhrum edilməklə 150 milyon rubl məbləğində cərimələyib.
Qumenyuk son ifadəsində özünü təqsirli bilməyib. Hökm elan edildikdən sonra Vladivostokun keçmiş meri ondan apelyasiya şikayəti verəcəyini açıqlayıb.
Alpər