Türkiyədə qəribə hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Ərzurumda yaşayan 350 kiloluq qadının dünyasını dəyişməsi onun yaxınlarını sözün hər iki mənasında çətin vəziyyətə salıb.
Belə ki, qadını yaşadığı mənzilin qapısından çıxarmaq mümkün olmayıb. 7 uşaq anası 46 yaşlı qadının meyiti mənzilin pəncərəsindən çıxarılaraq "KamAZ"la qəbiristanlığa gətirilib.
5 ildir xəstə yatağına məhkum olan və dünən vəfat edən qadın məzara xüsusi qurğu ilə endirilib. Mərhum qılınan namaz və dualarla torpağa verilib.