Xəbər lenti

Merkel-Ərdoğan münasibətləri yenidən gərginləşdi
Dünya09:49 20.08.2017

Merkel-Ərdoğan münasibətləri yenidən gərginləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Merkel Ərdoğanla bağlı çox sərt açıqlama verib. 

Ölkə başçısı Rəcəb Tayyip Ərdoğanın Almaniyadakı türklərə səslənərək 24 sentyabrda baş tutacaq Federal Parlamentdə SPD, CDU və Yaşıllara səs verməmələrini istəməsi Almaniya Baş Naziri Merkelin qəzəbinə səbəb olub. 

"Qaynarinfo" xarici mətbuata istinadən bildirir ki, Ankara - Berlin xəttində hərbi bazalara görə yaranmış gərginlik hər iki dövlətin geri addım atması ilə nisbətən səngimişdi. Ancaq Almaniyanın səlahiyyətli nümayəndələrinin, "Türkiyə ilə Gömrük Birliyi müqaviləsini yeniləməyəcəyik" tərzdə çıxışının ardından əlaqələr yenə gərildi. 

Ərdoğan növbəti gün Almaniyadakı seçicilərə səslənərək 3 partiyaya səs verməməsini istəyib. Bunun ardından Herfordda çıxış edən Merkel Ərdoğana cavab verib: "Türk əsillilər də daxil olmaqla, bütün alman vətəndaşlarının azad seçim haqqı var. Heç bir müdaxiləyə icazə vermərik". 

Nərmin Həsənli

Qaynarinfo.Az