
Almaniya kansleri Anqela Merkel Avropa Birliyi tərəfindən Rusiyaya qarşı növbəti sanksiyanın, böyük ehtimalla, həftənin sonunda Brüsseldə qəbul olunacağını vurğulayıb.
Aktual.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə “Bild” qəzeti kanslerin rəhbəri olduğu Xristian Demokratar Birliyinin növbəti toplantısına qatılmış nümayəndələrdən birinin sözlərinə əsaslanaraq, məqalə dərc edib: “İclasda Merkel dedi ki, Ukraynanın şərqində vəziyyətin normallaşması üçün Rusiya hər hansı bir addım atmadı. Əlavə etdi ki, bu səbəbdən Brüsseldə Moskvaya qarşı üçüncü dərəcəli sanksiyalar tətbiq olunacaq. Böyük ehtimalla, bu, həftənin sonunda baş tutacaq”.
Xatırladaq ki, üçüncü dərəcəli sanksiyalar Avropa Birliyi-Rusiya əlaqələrinin dondurulmasını, habelə Qərbdən bu ölkəyə kreditlərin verilməsinin dayandırılmasını özündə ehtiva edir.