Xəbər lenti

Merkel səhhətindən danışdı: "Keçib gedəcək"
Dünya10:21 29.06.2019

Merkel səhhətindən danışdı: "Keçib gedəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, Yaponiyanın Osaka şəhərində baş tutan "G-20" ölkələrinin sammitində danışan A. Merkel səhhətində problemin olmadığını dilə gətirib:
"Özümü yaxşı hiss edirəm. Fikirləşirəm ki, bu hal keçib gedəcək".
Qeyd edək ki, kansler ötən həftələrdə 2 dəfə - Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı, həmçinin prezident Frank Volter Ştaynmayerin yeni ədliyyə nazirinin təqdimatı ərzində titrəyib. 
Gülşən