
İstanbulda məscidə silahlı hücum olub.
Milli.Az DHA-ya istinadjən bildirir ki, İstanbulun Sarıyer Çayırbaşı səmtindəki Cezayirli Hasan Paşa məscidinə girən G.A. namaz qılan atasına ov tüfəngindən atəş açıb.
Atəş nəticəsində G.A.-nın atası A.A. və onun yanındakı Y.D. yaralanıblar.
G.A. olay yerindən qaçıb.
Polisdən verilən məlumata görə, G.A. və A.A. arasında dava düşübmüş.
***
İstanbulun Sarıyer Çayırbaşı bölgəsində yerləşən “Əlcəzairli Həsən Paşa” məscidinə hücum edən bir nəfər tüfənglə atəş açıb.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, camaat məsciddə namaz qılarkən bir nəfərin tüfənglə içəriyə atəş açması nəticəsində 2 nəfər yaralanıb.
Polis hadisə yerində təhlükəsizlik zolağı qurub, araşdırma aparılır. Hadisənin terror olub-olmaması araşdırılır.
Qaynarinfo.Az