Xəbər lenti

Məşhəddə Bəsic qüvvələri atəşə tutuldu - İranda proses qanlı qarşıdurma müstəvisinə keçir
Dünya10:58 31.10.2022

Məşhəddə Bəsic qüvvələri atəşə tutuldu - İranda proses qanlı qarşıdurma müstəvisinə keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyaları davam edir. 
Qaynarinfo xəbər verir ki, aksiyalarda tələbələr daha çox fəallıq edir. İrandakı mənbələr bildirir ki, bir neçə gün əvvəl Urmiya Universitetinin tələbələri Bəsic və təhlükəsizlik qüvvələrinə qarşı aksiya keçiriblər. Onlar universitetinin nəzarətə götürmək cəhdlərinə, tələbələrin həbsinə etiraz ediblər.
Məşhəd şəhərində isə Bəsic qüvvələrinin bazası atəşə tutulub. Bu fakt İrandakı aksiyaların artıq qanlı qarşıdurma müstəvisinə keçdiyini göstərir.
Ekspertlər hesab edir ki, hökumət qüvvələri aksiyalara zorakı müdaxiləni dayandırmayacağı təqdirdə qanlı qarşıdurmalar intensivləşəcək. Narazı kütlə zorakılığa qarışlıq vermək məcbruiyyətində qalacaq. Proses hətta vətəndaş müharibəsi səviyyəsinə qədər inkişaf edə bilər. 
İran hökuməti təxminən bir ay ötməsinə baxmayaraq, Məhsa Əminin ölümü ilə bağlı narazıları qane edəcək açıqlama verə bilmir. Bu isə Məhsa Əminin polis bölməsində döyülərək öldürülməsi barədə iddiaların əsassız olmadığına dəlalət edir. Hökumət hadisəni törədənləri cəzalandırmaq niyyətindən uzaq görünür ki, bu da aksiyaların davam etdirilməsini şərtləndirir. 
Artıq beynəlxalq aləm də İrandakı hadisələrə kifayət qədər ciddi diqqət yetirməyə başlayıb. Yeni Zelandiya hökuməti İranla insan haqları mövzusunda ikitərəfli danışıqları dayandırdığını bəyan edib. Yeni Zelandiya hökuməti bəyan edib ki, İran öz xalqının ən elementar hüquqlarını pozduğu halda onunla artıq hər hansı danışıqdan söhbət gedə bilməz. 
Güman edilir ki, İranla müəyyən münasibətləri olan ölkələrin də rəsmi Tehranın aksiyalardakı zorakılığına etiraz edərək, münasibətlərinə yenidən baxa bilər. 
İrandakı mənbələr bildirir ki, etiraz dalğasının artıq əyalətlərə keçməsi prosesin geridönməz xarakter aldığını söyləməyə əsas verir. 
"Əyalətlərdə vəziyyət pisdir. İnsanlar həm sosial-iqtisadi cəhətdən, həm də hüquq və azadlıqlar baxımından çətinlik çəkirlər. Ona görə də əyalətlərin ayağa qalxması hökumət üçün ciddi siqnaldır. İran rejimi düşünürdü ki, iri şəhərlərdə aksiyaların qarşısını almaqla etirazların səngiməsinə nail ola bilər. Lakin əyalətlərin prosesə qoşulması vəziyyəti daha da gərginləşdirib”, Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünası Nağı Mahmudi Qaynarinfo-ya bildirib. 
Seyid