Xəbər lenti

Məşhur aktyor evində ölü tapıldı
Dünya05:51 03.02.2014

Məşhur aktyor evində ölü tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktyorun çox miqdarda narkotik qəbul etməsi səbəbindən öldüyü güman olunur

ABŞ-ın "Oskar" mükafatlı məşhur aktyoru ölüb. 

Ans press-in xarici mətbuata istinadən məlumatına görə, məşhur aktyor Filip Seymur Hoffman Nyu-yorkdakı şəxsi evində ölü tapılıb.

Hoffman 2005-ci ildə "Kapote" filmindəki baş roluna görə ən yaxşı kişi aktyor nominasiyasında "Oskar" mükafatına layiq görülüb. 

Hoffman sonuncu dəfə keçən il "The Master" filmi olmaqla, 3 filmdə ən yaxşı köməkçi kişi aktyor nominasiyası üzrə "Oskar" namizədliyinə sahib idi. 

İlkin ehtimala görə, aktyorun çox miqdarda narkotik qəbul etməsi səbəbindən öldüyü güman olunur. 

Qeyd edək ki, dünyasını dəyişən 46 yaşlı aktyor 2013-cü ildə narkotik istifadəsi və alkogol səbəbindən müalicə olunub.

Qaynar.info