Xəbər lenti

Məşhur aktyor yol qəzasında öldü - Dünya şokda
Sənət19:35 19.06.2016

Məşhur aktyor yol qəzasında öldü - Dünya şokda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Star Trek" filmləri ilə məşhurlaşmış aktyor Anton Yelçin həlak olub. Qaynarinfo.az xəbər verir ki, 27 yaşlı aktyor avtomobil qəzasında dünyasını dəyişib.
Antonun meneceri Cennifer Allen xəbəri təsdiqləyib. Menecer bildirib ki, 27 aktyor faciəvi yol qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Anton Viktoroviç Yelçin 1989-cu ilin 11 martında dünyaya gəlib. Rusiyanın Sank-Peterburq şəhərində doğulan aktyor ABŞ vətəndaşı idi. Karyerası ərzində bir çox serial və filmlərdə rol alan Anton "Star Trek" seriyası ilə yanaşı, "Terminator Qurtuluş", "Qorxu gecəsi", "Səni sevirəm Nyu York" və s. məşhur filmlərdə çəkilib.
Qaynarinfo.az