Xəbər lenti

Məşhur biznesmenin gəmisi batdı - Fotolar
Dünya14:59 20.08.2015

Məşhur biznesmenin gəmisi batdı - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli biznesmen İshaq Ceritə aid gəmi Yunanıstanın Mikonos adasında batıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yunanıstanın mykonosdaily.gr xəbər portalı məlumat yayıb. 35 metrlik “Forme” adlı gəmi Mikonos adasındakı Psarou şəhəri sahilində batmağa başlayıb. 

Sahildə içərisinə su dolan gəmi 20 dəqiqə ərzində tamamilə dəniz sularına qərq olub. 

Gəmi kapitanı Yunanıstan Sahil Qüvvələrinə məlumat verib. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Qaynar.info