Braziliyanın məşhur müğənnilərindən olan Marilia Mendonça təyyarə qəzasının qurbanı olub.
Qaynarinfo xəbər verir ki, Mendonçayla yanaşı, təyyarədə olan prodüser Henrique Ribeiro, müğənninin əmisi və məsləhətçisi Abicieli Silveira Dias Filho, eyni zamanda pilot və pilot köməkçisi də həlak olub
Bildirilir ki, hadisə ölkənin Minas Gerais əyalətində baş verib.
Təyyarənin qəzaya düşməsi səbəbi məlum deyil.
Xəyal