
Dünya şöhrətli ingilis fizik Stiven Houkinq "Stephen Hawking's Favorite Places" adlı sənədli filmdə maraqlı fikirlər səsləndirib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, fizik "Əgər dünya xaricində həyatla bağlı dəqiq məlumatımız olsa və siqnallar alsaq, buna heç bir reaksiya verməməyimiz məsləhətdir" deyib. Qərblilərin ilk dəfə Amerika qitəsinə ayaq atmasını və bunun dəhşətli nəticələrini diqqətə çatdıran Houkinq dünya xaricində yaşayan canlıların bizdən daha inkişaf etmiş ola biləcəyindən və bu faktın bizim üçün yaxşı nəticələnməmə ehtimalından danışıb. O bildirib ki, yadplanetlilərin bizimlə əlaqə yaratmaq istəyi işğal məqsədi daşıya bilər.
Qeyd edək ki, Houkinq ötən ay iştirak etdiyi konfransda növbəti 10 ildə Marsa səyahətin və 30 il ərzində Ayda bazanın yaradılmasının vacibliyini vurğulayıb.
Gülşən
Qaynarinfo.Az