Xəbər lenti

Məşhur fizikdən yad planetlilərlə bağlı ilginc iddialar
Foto 09:13 27.02.2018

Məşhur fizikdən yad planetlilərlə bağlı ilginc iddialar

Məşhur amerikalı fizik Miçio Kaku yeni kitabında qalaktikadakı digər planetlərdə yaşayan canlılar barədə iddialar irəli sürüb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kaku qalaktikada Dünya ilə oxşar 20 milyard planetin olduğunu deyir. Fizikin iddiaları arasında fərqli planetlərdə canlıların buz üzərində, və ya su altında yaşaya bilməsi də var. Miçio Kaku bildirir ki, su altında yaşayan və ağıllı canlılara oxşayan yadplanetlilərə ən yaxın canlı oktapoddur. Dünya üzərində 165 milyon ildir öz varlığını qoruyub saxlayan oktapodların təkamül nəticəsində zəka və ünsiyyət dilinə sahib olmaları güman edilir.

Kakuya görə, qalaktikada 40 milyard planet var. Əgər yadplanetlilər həqiqətən mövcuddursa, onların bizimlə əlaqə yarada bilməsi, çox uzun illər çəkə bilər, çünki bu canlıların səyahət məsafəsi və formaları bizim təsəvvürümüz xaricində ola bilər.

Kakunun nəzəriyyəsinə əsasən, yadplanetlilərin ehtimal edilən xüsusiyyətləri bunlardır:

1. Yadplanetlilər görmə xüsusiyyətinə sahibdir. Bu, ovlarını müəyyənləşdirmək və onları tutmaq üçün vacibdir. Zəka sahibi olduqları üçün yırtıcı və aqressiv olmaya bilərlər. Lakin insanlar kimi instiktiv olaraq vəhşi xüsusiyyət daşıyıcı olmaları istisna deyil.

2. Yadplanetlilər oktapod kimi ayaq və ya əllərə sahibdirlər. Bu üzvlə ovlarını və əşyaları tutmaq üçün istifadə edirlər.

3. İnsanlar kimi onların da ünsiyyət vasitəsi kimi dilə ehtiyacları var. 

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->