Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev Ümumdünya Stronqmen Federasiyasında (WSF) vəzifə alıb.
"Report"un əldə etdiyi məlumata görə, o, qərargahı Latviyada yerləşən Ümumdünya Stronqmen Federasiyasında vitse-prezident seçilib.
Quliyev həmçinin həmin federasiyada StronqFit Komitəsinin rəhbəri təyin olunub. 46 yaşlı Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də yer alacaq.
Qeyd edək ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir.
Onu da qeyd edək ki, Bəxtiyar Quliyev 8 qat dünya 8 qat Avropa cempionu və dünya rekordçusudur.